Xalq artisti illər sonra ETİRAF etdi: "Ağlayırdım, o itkini yaşamağa məcbur idim" FOTO


Kriminal 15 May 2018 21:12:00 325 0

Xalq artisti illər sonra ETİRAF etdi: "Ağlayırdım, o itkini yaşamağa məcbur idim"  FOTO

Xalq artisti Xuraman Qasımovanın Son.az-a müsahibəsi.

- Xuraman xanım, müsahibələrinizin birində demisiz ki, sizi valideynləriniz bu sahəyə yönəldib. Bəs siz hansı sənətin sahibi olmaq istəyirdiniz?

- Mən qürur duyuram ki, ziyalı ailəsində anadan olmuşam. Ailədə 3 övlad olmuşuq, mən evin ən kiçiyi idim. Evimizdə həmişə sağlam əhval-ruhiyyə olub. Dirijor Niyazi bizim evə tez-tez gəlib-gəlib, atamla söhbət edərdi. Atamızın da çox gözəl səsi var idi, anamız da musiqini sevərdi. Musiqiçi olmamaqlarına baxmayaraq musiqi alətlərində sərbəst ifa edirdilər. Məni sənətə aparan qüvvə də evdən aldığım dəstək idi. Məktəbdə də oxuyanda çoxlu musiqi dərnəklərinə gedirdim. Musiqiyə həvəs göstərirdim, amma vokalçı olmaq heç ağlımdan keçmirdi. Məktəbi bitirib jurnalist olmaq istəyirdim, amma yenə də valideynlərim məni musiqi məktəbinə yönəltdilər. Beləliklə, konservatoriyanın vokal fakültəsinə qəbul oldum.

- Bacınız Fidan xanım sizdən əvvəl sənətə gəlmişdi?

- Bəli, mən onun yolu ilə irəliləmişəm. Fidan xanım çox uğurlu tələbə idi. Müəllimləri ona böyük ümidlə baxırdı. Mən ona oxşamaq, onun kimi bacarıqlı olmaq istəyirdim.

- Bir neçə filmdə də çəkilmisiniz. Bu filmlərə sizə necə dəvət gəlib?

- O vaxtı filmlər üçün yeni simalar lazım idi. Mən də məktəbdə oxuyurdum. "Liftçi qız" filmi üçün məni məktəbdən seçdilər. Arıq, uzun boylu gənc qız axtarırdılar. Mən 6-cı sinifdə oxuyurdum, amma qəhrəmanım 17 yaşında olan gənc bir qız idi. Təsəvvür etmirdim ki, bu rol üçün məni təsdiqləyəcəklər. Foto və video sınaqlardan sonra məni rejissor Həsən Seyidbəyli seçdi.

- Filmlə bağlı hansı xatirələri bugünkü gün də xatırlayırsınız?

- Kiçik metrajlı film olduğuna görə bir çox səhnələr orada kəsilmişdi. Bu, məni çox üzdü. Bu günə qədər 3 filmdə çəkilmişəm, amma heç birində nə mahnı oxumuşam, nə də rəqs etmişəm. Bax, bu mənim arzum idi. Gənc vaxtı utancaq idim, arzularımı rejissorla bölüşmürdüm.

- Filmə çəkilərkən məktəbli qız idiniz, necə çatdırırdınız bütün bunları?


Xəbərə aid fotolar