Təranə Mahmudova xalq mahnısını Beynəlxalq ailə gününə həsr edib


Kriminal 15 May 2018 14:33:00 371 0

Təranə Mahmudova xalq mahnısını Beynəlxalq ailə gününə həsr edib

Təranə Mahmudova yeni arnajimanda olan "Gözəlim sənsən" xalq mahnısını Beynəlxalq ailə gününə həsr edib. Aranjiman - Elbəy Məmmədzadə, Rejissor - Kəmran Bünyatov, Montaj - Asif Mirzəzadə.

15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur.

Təranə Mahmudova qeyd edib ki, Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub:

"Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs sayılıb. Ailənin əsas sütunlarından biri olan Azərbaycan qadını bu gün özü də ölkəmizdə əmin-amanlığın qorunması, ailə dəyərlərinin yaşadılması naminə əzmkarlıq göstərir. Dövlətimiz cəmiyyətin əsas atributu olan ailənin rifah halının gündən-günə daha da artmasının qayğısına qalmaqla onun müqəddəsliyini bir daha təsdiq edir".