"Bəyin oğurlanması" filminin səhnəarxası əhvalatları VİDEO FOTO


Kriminal 14 May 2018 22:44:00 313 0

"Bəyin oğurlanması" filminin səhnəarxası əhvalatları  VİDEO  FOTO

Otuz ildən çoxdur ki, sevə-sevə baxdığımız "Bəyin oğurlanması" filminin bir çox epizodları ucqar kənddə - Şamaxının Məlhəm kəndində çəkilib. Aradan uzun illər ötsə də, filmin çəkilişləri, xüsusən səhnəarxası əhvalatları hələ də yaddaşlardan silinməyib.

Son.az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri Məlhəm kəndində olub, filmin çəkilişlərində iştirak edən yerli sakinlərlə söhbətləşib.

Korifey sənətkarları - Həsənağa Turabovu, Səyavuş Aslanı, Nəsibə Zeynalovanı, Səməndər Rzayevi, Hacı İsmayılovu, Yaşar Nurini, Arif Quliyevi və digərlərini yaxından görməyin özü o vaxt kənd adamları üçün hadisə idi. Həmin günlərin şahidi olan sakinlər öz xatirələrini müxbirimizlə bölüşüblər.

Belə məlum olub ki, çəkilişin aparıldığı 1985-ci ilin sentyabr-oktyabr aylarında səhnəarxası xeyli maraqlı əhvalatlar baş verib. Çəkilişlərin bir hissəsi kənd sakini Nəsib Nəsirovun evində aparılıb. Toy səhnəsi isə həmin evlə üzbəüz qonşunun - Mirələm Əmirovun həyətində lentə alınıb.

Kütləvi səhnələrin iştirakçılarının əksəriyyəti kənd camaatı idi. Gəlin köçən və toya hazırlıq səhnələrində də əsasən sakinlər çəkilib. Əslində onlar adi kənd toyundakı işlərini görürdülər. Təbii olsun deyə, rejissor bu səhnələrə mümkün qədər az müdaxilə edib. Nəticədə film çox təbii alınıb və tamaşaçıya sevdirən aktyor oyunu ilə yanaşı, həm də bu təbiilikdir.

Filmin kadrarxası maraqlı epizodlarından biri ötən il 85 yaşında vəfat etmiş kənd sakini Rəhilə Əhmədova ilə aktyor Hacı İsmayılov arasında olan söhbətdir. Belə ki, kütləvi səhnələrdə fəal iştirak edən bir qrup kənd sakinindən pasportlar yığılır və onların hər birinə pul hesablanır. Pullar verilərkən Rəhilə Əhmədova soruşur:


Xəbərə aid fotolar