“Sənətimə qarşı haqsızlıq var, dözə bilmirəm” Xalq artistinin efirdə gözləri doldu VİDEO FOTO


Kriminal 14 May 2018 13:23:00 288 0

“Sənətimə qarşı haqsızlıq var, dözə bilmirəm”  Xalq artistinin efirdə gözləri doldu  VİDEO  FOTO

ARB TV-nin "Düz bazar" proqramının növbəti qonağı xalq artisti Fatma Mahmudova olub. Proqramda gizlətdiyi səbəbdən dolayı gözləri dolan aktrisa sadəliyindən şikayətlənib: "Sadəlik başa bəladı. Təəssüf edirəm ki, özümü sadə aparmışam. Mən təbiətən belə insan olmuşam. Bir balaca sıxıntım var, amma istəmirəm onu burada danışam. Bu söhbətdən danışmaq istəmirəm". Xalq artisti daha sonra haqsızlığa dözmədiyini bildirib: "Bu gün mənim gözümdən çox şey düşüb. Ona görə danışmaq istəmirəm. Mən kövrələndə də, güləndə də özümü saxlaya bilmirəm. Amma xoşbəxtəm. İncitmək yox, haqsızlıq var. Mənim sənətimə, istedadıma qarşı böyük bir haqsızlıq var. Haqsızlığa dözə bilmirəm".


Xəbərə aid foto