Mahir Səfərliyə BMTdə rəhbər vəzifə VERİLDİ
Digərləri 12 Fev 2026 13:06:00 265 0
Mahir Səfərli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinə rəhbər təyin edilib.
Bu xəbəri də oxu: Ayın 31də şimşək çaxacaq, leysan olacaq PROQNOZ
Son.az xəbər verir ki, bu barədə BMT QAK-ın rəsmi açıqlamasında, həmçinin Qazaxıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Regional nümayəndə kimi Mahir Səfərli Qazaxıstanın Almatı şəhərində yerləşən regional ofis bazasında fəaliyyət göstərəcək və təşkilatın Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandakı fəaliyyətinə rəhbərlik edəcək.
Məlumata görə, 21 yanvar tarixində Astanada Mahir Səfərli Qazaxıstan Xarici İşlər Nazirliyinə etimadnaməsini təqdim edib. Görüş zamanı tərəflər əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər. Yaxın həftələrdə yeni regional nümayəndənin Mərkəzi Asiya ölkələrində hökumət qurumları və tərəfdaşlarla görüşlərini davam etdirəcəyi, birgə fəaliyyət mexanizmlərinin gücləndirilməsi üçün əlavə təmasların planlaşdırıldığı qeyd olunur.
BMT QAK-da 23 ildən artıq humanitar təcrübəyə malik Mahir Səfərli müxtəlif ölkələrdə mürəkkəb humanitar böhranlar və fövqəladə vəziyyətlər şəraitində rəhbər vəzifələrdə çalışıb. Mərkəzi Asiyaya təyinatından əvvəl o, təşkilatın Yunanıstan və Ukraynada nümayəndə müavini kimi fəaliyyət göstərib. Daha əvvəl isə Suriya və Türkiyədə əməliyyat və koordinasiya üzrə yüksək vəzifələr tutub.
Karyerasına əvvəlki mərhələlərində Mahir Səfərli Əfqanıstan, Liviya, Ukrayna, Qırğızıstan, Liberiya və Azərbaycanda BMT QAK-ın humanitar əməliyyatlarında hüquqi müdafiə və idarəetmə istiqamətləri üzrə müxtəlif vəzifələrdə çalışıb. O, həmçinin 2016-2019-cu illərdə Cenevrədə yerləşən Baş Qərargahda yoxlama və nəzarət funksiyaları üzrə baş inspektor vəzifəsini icra edib.
Dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı ar
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Prezident İlham Əli
Fevralın 13-də gözlənilən hava proqnozu açıqlanıb.
"YouTube" platformasında yayımlanan "Kazusmedia" hüquq la
Məşhur müğənni Seda Sayan Tarkanla bir araya gəldikləri anları sosial ş
Elə bilməyin ki, "Dədə Qorqud"un Qazan xanından yazacam. Hərç
İran sərhədinə yaxın ərazilərdə ABŞ-nin kəşfiyyat təyyarəsi və dro
İranın Buşəhr əyalətinin Əsəluye bölgəsində 4.4 bal gücündə zəlz�
Dünən Bakı şəhər Sabunçu rayonu Nardaran qəsəbəsindəki bağ evində d
Türkiyənin Niğdə şəhərində maddi ziyanla nəticələnən yol-nəqliyyat
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətin
"2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilmiş yüksək səviyyəli
Gecə saatlarında paytaxtın Nəsimi rayonu, 28 May və Rəşid Behbudov küç�
"Boşanmaların arxasında dayanan səbəbləri bir və ya iki amillə məh
