ICESCOnun Baş direktoru Prezident İlham Əliyevə məktub ünvanlayıb


Siyasət 12 Fev 2026 12:52:00 98 0

ICESCOnun Baş direktoru Prezident İlham Əliyevə məktub ünvanlayıb

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Son.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

"Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməyiniz münasibətilə Sizə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram.

Mərhum Şeyx Zayedin adını daşıyan bu xüsusi mükafat həyatını tolerantlıq və dinc yanaşı yaşamaq dəyərlərinə həsr etmiş bir liderə layiqli ehtiramdır. Bu şərəfə layiq görülməyiniz cəsarətli liderliyinizin və Cənubi Qafqaz üçün yeni bir sülh fəsli yaratmaq məramına sarsılmaz sadiqliyinizin bariz sübutudur.

Biz Azərbaycan və Ermənistan arasında tarixi sülh təşəbbüsünü böyük ümidlə izlədik. Zati-alinizin də qeyd etdiyi kimi, 2025-ci il avqustun 8-də Vaşinqtonda Birgə Bəyannamənin imzalanmasından sonrakı aylarda hər iki ölkə cəmiyyətinin ikitərəfli ticarət və tranzit sahəsində ümidverici addımlar da daxil olmaqla, sülhün real faydalar gətirməsinin şahidi olduğunu görmək çox ruhlandırıcıdır. Dialoqdan əməkdaşlığa doğru bu əhəmiyyətli irəliləyiş həqiqətən təqdirəlayiqdir.

ICESCO yekun və hərtərəfli Sülh Sazişinə doğru bu həyati əhəmiyyətli irəliləyişi qətiyyətlə dəstəkləyir. Əminik ki, bu gün qoyulan təməllər regionun gələcək nəsilləri üçün davamlı sabitliyi, təhlükəsizliyi və rifahı təmin edəcəkdir. Təşkilatımız qarşılıqlı anlaşma və həmrəylik körpüləri qurmağı hədəfləyən təhsil, elm və mədəniyyət proqramları vasitəsilə bu səyləri dəstəkləməyə hazırdır.

Azərbaycan xalqı üçün daha firavan və dinc gələcək qurmağa sadiqliyiniz hər dəfə məndə dərin təəssürat yaradır. Bu mükafat Sizin siyasətinizin hazırda regionda harmoniyaya yol açdığını bir daha təsdiqləyir. Zati-aliləri, bu beynəlxalq mükafata layiq görülməyiniz münasibətilə bir daha səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm. Azərbaycan Respublikasını sarsılmaz sülh və qardaşlıqla müəyyən edilmiş gələcəyə doğru istiqamətləndirmək yolunda Sizə davamlı uğurlar arzulayırıq.

İcazə verin, bu fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək ehtiramımı bildirim".

Fevralın 13də 18 dərəcə isti olacaq  PROQNOZ like
  • 12 Fev 12:50  
Digərləri Fevralın 13də 18 dərəcə isti olacaq PROQNOZ

Fevralın 13-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Seda Sayanın əri Tarkanı görüb özünü İTİRDİ like
  • 12 Fev 12:46  
Şou-biznes Seda Sayanın əri Tarkanı görüb özünü İTİRDİ

Məşhur müğənni Seda Sayan Tarkanla bir araya gəldikləri anları sosial ş

arrow Ətraflı
Qazan ölüb, doğacaq – İqtisadi və sosial gerçəkliklərimiz  Yunus Oğuz  yazır like
  • 12 Fev 12:38  
Digərləri Qazan ölüb, doğacaq – İqtisadi və sosial gerçəkliklərimiz Yunus Oğuz yazır

Elə bilməyin ki, "Dədə Qorqud"un  Qazan xanından yazacam. Hərç

arrow Ətraflı
İran səmasında ABŞ təyyarələri göründü like
  • 12 Fev 12:36  
Dünya İran səmasında ABŞ təyyarələri göründü

İran sərhədinə yaxın ərazilərdə ABŞ-nin kəşfiyyat təyyarəsi və dro

arrow Ətraflı
Qonşu ölkədə zəlzələ oldu like
  • 12 Fev 12:22  
Digərləri Qonşu ölkədə zəlzələ oldu

İranın Buşəhr əyalətinin Əsəluye bölgəsində 4.4 bal gücündə zəlz�

arrow Ətraflı
Dünən meyiti tapılan şəxs “Toyota Bakı Mərkəzi”nin baş direktoru imiş like
  • 12 Fev 12:18  
Digərləri Dünən meyiti tapılan şəxs “Toyota Bakı Mərkəzi”nin baş direktoru imiş

Dünən Bakı şəhər Sabunçu rayonu Nardaran qəsəbəsindəki bağ evində d

arrow Ətraflı
2 nəfəri öldürüb, birini ağır yaralayan kənd icra nümayəndəsi: "QÜRUR duyuram" like
  • 12 Fev 12:15  
Kriminal 2 nəfəri öldürüb, birini ağır yaralayan kənd icra nümayəndəsi: "QÜRUR duyuram"

Türkiyənin Niğdə şəhərində maddi ziyanla nəticələnən yol-nəqliyyat

arrow Ətraflı
"Qoca" ləqəbli polkovnik vəzifəsindən azad EDİLDİ like
  • 12 Fev 12:09  
Digərləri "Qoca" ləqəbli polkovnik vəzifəsindən azad EDİLDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətin

arrow Ətraflı
Kamaləddin Qafarov: "Azərbaycanın beynəlxalq sistemdə strateji rolu artır" like
  • 12 Fev 12:00  
Digərləri Kamaləddin Qafarov: "Azərbaycanın beynəlxalq sistemdə strateji rolu artır"

"2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilmiş yüksək səviyyəli

arrow Ətraflı
Bakıda avtomobil svetofora çırpıldı like
  • 12 Fev 11:58  
Digərləri Bakıda avtomobil svetofora çırpıldı

Gecə saatlarında paytaxtın Nəsimi rayonu, 28 May və Rəşid Behbudov küç�

arrow Ətraflı
Ailələr niyə teztez dağılır?  Boşanmaların əsas SƏBƏBLƏRİ like
  • 12 Fev 11:54  
Digərləri Ailələr niyə teztez dağılır? Boşanmaların əsas SƏBƏBLƏRİ

"Boşanmaların arxasında dayanan səbəbləri bir və ya iki amillə məh

arrow Ətraflı
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır  FAKTİKİ HAVA like
  • 12 Fev 11:43  
Digərləri Görünüş məsafəsi 500 metrədək məhdudlaşır FAKTİKİ HAVA

Fevralın 12-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

arrow Ətraflı
İnterpol bu azərbaycanlıları axtarır  39 nəfər like
  • 12 Fev 11:36  
Digərləri İnterpol bu azərbaycanlıları axtarır 39 nəfər

İnterpol (Beynəlxalq Cinayət Polisi Təşkilatı) xətti ilə ümumilikdə 39

arrow Ətraflı