Dünən meyiti tapılan şəxs “Toyota Bakı Mərkəzi”nin baş direktoru imiş
Digərləri 12 Fev 2026 12:18:00 74 1
Dünən Bakı şəhər Sabunçu rayonu Nardaran qəsəbəsindəki bağ evində dəm qazından boğularaq ölən 64 yaşlı Rəşad Əliyev əvvəllər yüksək vəzifələrdə çalışıb.
Bu xəbəri də oxu: Bir zəlzələdə 236 qohumunu İTİRDİ
Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, R.Əliyev son illərdə özəl sektorda bir sıra böyük şirkətlərə rəhbərlik edib.
Belə ki, R.Əliyev 90-cı illərdə Dövlət Baş Xəzinədarlığının direktor müavini, Qiymətli Kağızlar və Bank Əlaqələri Departamentinin rəisi, Baş nazirin birinci müavininin köməkçisi və digər yüksək vəzifələri tutub.
O, daha sonra bizneslə məşğul olmağa başlayıb. "Toyota Bakı Mərkəzi"nin baş direktoru, "İSR Avto"nun direktoru, "İmprotex Motors"un baş meneceri, eləcə də STP-də fəaliyyət göstərən bir sıra şirkətlərin rəhbəri olub. 2025-ci ilin noyabrından isə "IZIA Development" şirkətinin direktoru kimi çalışırmış.
Rəşad Əliyevin atası Firudin Əliyev də tanınmış şəxs olub. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və büro üzvü (1983), Azərbaycan SSR Ali Sovetinin 9-10-cu çağırış deputatı olub. "Qırmızı əmək bayrağı" ordeni və SSRİ medalları ilə təltif edilmiş F.Əliyev 1983-cü ildə vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.
Xatırladaq ki, bağ evində Rəşad Əliyevlə birgə həyat yoldaşı 1968-ci il təvəllüdlü Dilarə Əliyeva da qazdan zəhərlənib.
R.Əliyev hadisə yerində ölüb. D.Əliyeva isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Onu da qeyd edək ki, Rəşad Əliyev məşhur polis zabiti, AFFA-nın keçmiş vitse-prezidenti, "Qara polkovnik" ləqəbli Fətulla Hüseynovun bacısı oğludur.
Türkiyənin Niğdə şəhərində maddi ziyanla nəticələnən yol-nəqliyyat
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətin
"2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilmiş yüksək səviyyəli
Gecə saatlarında paytaxtın Nəsimi rayonu, 28 May və Rəşid Behbudov küç�
"Boşanmaların arxasında dayanan səbəbləri bir və ya iki amillə məh
Fevralın 12-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
İnterpol (Beynəlxalq Cinayət Polisi Təşkilatı) xətti ilə ümumilikdə 39
Bakıda keçirilən estetik əməliyyatdan sonra qadının üzündə deformasiy
Fevralın 11-də Azərbaycanın Meksikadakı səfirliyinin təşkilatçılığı
Gəncədə anası tərəfindən imtina olunan 40 günlük körpənin vəziyyəti
Bakıda ictimai yerdə əxlaqsız videolar çəkərək sosial şəbəkələrdə
Lənkəranda övladını həbsdən qurtarmaq istəyən M.Məmmədova dələduzlu
Son günlər balıq bazarında qiymətlərdə kəskin artım müşahidə olunur.
