Azərbaycanın XİN rəhbəri Belçikaya işgüzar səfərə yola düşüb


Siyasət 13 May 2018 14:42:17 354 0

Azərbaycanın XİN rəhbəri Belçikaya işgüzar səfərə yola düşüb

Nazir Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda konfransda iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikaya işgüzar səfərə yola düşüb

“Report” xəbər verir ki, o, 14 may tarixində Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda keçiriləcək III beynəlxalq nazirlər konfransında iştirak edəcək.

Səfər çərçivəsində nazirin çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.