Rövşən Nəcəf Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib


Siyasət 11 May 2018 18:32:00 402 0

Rövşən Nəcəf Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib

Prezident İlham Əliyev Rövşən Nəcəfin Azərbaycan Prezidenti Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, bu təyinata qədər R.Nəcəf Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru vəzifəsində çalışıb.