Prezident İlham Əliyev Həsən Sadıqova fərdi təqaüd verilməsi haqqında sərəncam imzalayıb


Siyasət 11 May 2018 18:19:00 389 0

Prezident İlham Əliyev Həsən Sadıqova fərdi təqaüd verilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev H.Ş.Sadıqova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Həsən Şiralı oğlu Sadıqova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".