Prezident İlham Əliyev Bakıda Dinamo otelinin açılışında iştirak edib


Siyasət 11 May 2018 11:47:34 196 0

Prezident İlham Əliyev Bakıda Dinamo otelinin açılışında iştirak edib

Dövlət başçısı və xanımı otelin rəmzi açılışını bildirən lenti kəsiblər

Bu gün Bakıda Dinamo otelinin açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlət başçısı və xanımı otelin rəmzi açılışını bildirən lenti kəsiblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.

Sonra Azərbaycan Prezidenti otelin kollektivi ilə görüşüb.