“Ağdam” restoranının qarşısında “Kalaşnikov”larla adam öldürən killerlər Moldovada yaxalandılar VİDEO


Kriminal 10 May 2018 11:08:00 231 0

“Ağdam” restoranının qarşısında “Kalaşnikov”larla adam öldürən killerlər Moldovada yaxalandılar  VİDEO

Ukraynanın "Xarkov" şəhərində azərbaycanlılara məxsus "Ağdam" restoranının qarşısında "Kalaşnikov" avtomatlarından yaylım atəşi açaraq bir nəfəri öldürən, digərini yaralayan iki killer Moldovada yaxalanıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, killerlər-26 və 32 yaşlarında olan iki Azərbaycan vətəndaşı Moldova üzərindən Ukraynadan Türkiyəyə qaçmaq istəyərkən yaxalanıblar. Onları yaxalamaq üçün xüsusi təyinatlıların iştirakı ilə əməliyyat keçirilib.

Xəbərə görə qanqsterlər kirayə mənzildə yaxalanıblar. Onların Ukraynada fəaliyyət göstərən mütəşəkkil cinayətkar qruplaşmanın ştatlı killerləridir. Killerlərin barəsində 72 saatlıq həbs qərarı seçilib, bundan sonra onların Ukraynaya təhvil verilməsi məsələsi həll ediləcək.