Azərbaycanda ana və 6 aylıq körpəsi yandırılaraq öldürülüb


Kriminal 09 May 2018 23:42:00 247 0

Azərbaycanda ana və 6 aylıq körpəsi yandırılaraq öldürülüb

Daşkəsəndə ölüm hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qabaqtəpə kəndində baş verib.

Bu gün saat 18 radələrində kənd sakini, 1975-ci il təvəllüdlü Həsənova Lətifə Mürsəl qızı və onun 6 aylıq oğlu Əli İlqar oğlu Həsənovun yanmış meyitləri  yaşadıqları evdə aşkarlanıb.

Məlumata görə, qadın yataq otağının döşəməsində, uşaq isə beşikdə yanmış vəziyyətdə olub. Hadisənin qətl olduğu bildirilir.