"Qardaşıma bir palto almışdılar, ikimiz növbə ilə geyinirdik"


Kriminal 09 May 2018 23:03:00 292 0

"Qardaşıma bir palto almışdılar, ikimiz növbə ilə geyinirdik"

Əjdər Həmidov: "Maşın qarajı var idi, onu evə çevirmişdilər, bir müddət orada qaldım" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Məktəb illəri ömrün ən qayğısız və mənalı dövrü adlandırılır. Həmin illərdən hər kəsin o qədər xatirələri olur ki, danışmaqla bitməz. Lakin həmin illəri ümumiləşdirəndə, o xatirələr içərisində daha yaddaqalanları da olur. Rubrikamızın budəfəki qonağı məşhur aktyor, respublikanın əməkdar artisti Əjdər Həmidovdur.   Müsahibimiz müəllim ailəsində böyüdüyünü və kəndin savadlı, seçilən uşaqlarından olduğunu deyir: "Məktəbi əla qiymətlərlə bitirdim. Müəllimlərim məndən həmişə razılıq edirdi. Anam riyaziyyat müəllimi idi. O, mənim evdə anam, məktəbdə tələbkar müəllimim idi. Anam evə həlli çətin olan məsələlər verirdi. Bəzən çətinlik çəkir, həll edə bilmirdim. Kömək üçün anama müraciət edirdim, amma atam icazə vermirdi. Anama tapşırmışdı ki, Əjdərə kömək etmə, qoy cavabı özü tapsın".