Azərbaycan Avropa İttifaqı əlaqələri genişlənir VİDEO


Siyasət 08 May 2018 21:12:00 271 0

Azərbaycan  Avropa İttifaqı əlaqələri genişlənir  VİDEO

Avropa İttifaqı ilə iqtisadi əlaqələr daha da inkişaf etdiriləcək, müqavilələr imzalanacaq.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu və digər məsələlər Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının yekununda qəbul edilən bəyanatda qeyd olunub. Komitənin həmsədri Cavanşir Feyziyev bildirib ki, bəyanatda Dağlıq Qarabağ münaqişəsinin regionda vəziyyəti qeyri-stabil saxlamaqda davam etdiyi qeyd olunub. Sənəddə həmçinin münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasına və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunur. Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərim isə bildirib ki, birgə Bəyanat səsverməyə çıxarılana qədər bir sıra düzəlişlər müzakirə edilib. Bəyanatda diqqət çəkən digər məqam isə Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı ilə bağlıdır. Bu müzakirələrdə həm Avropa Parlamentinin, həm də Milli Məclisin üzvləri hər iki tərəf arasında daha yüksək əməkdaşlıq haqqında müqavilənin imzalanması ilə bağlı mövqe ortaya qoyublar.

Videonu izləmək üçün şəklə klikləyin: