“Hamı məni vətən xaini kimi tanıyır, amma...”


Siyasət 08 May 2018 21:16:00 306 0

“Hamı məni vətən xaini kimi tanıyır, amma...”

Mən Şuşanı harada, kimə satdım? Xəyanətkarın da, xəyanətkar olmayanın da adı mənə məlumdur.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev deyib. Sabiq nazir qeyd edib ki, bu ittihamlara qarşı əlində tutarlı faktlar var:

"Bu gün Şuşanın işğalı günüdür, ən qara günümdür. Kimliyindən asılı olmayaraq, belə məsələlərdə heç kəsə güzəşt etmək olmaz. Mən vətənə xəyanət etməmişəm, amma gənclərimizin hamısı məni vətən xaini kimi tanıyırlar. Şuşa işğal ediləndə Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi. Mitinqlər keçirilirdi. Amma mən müdafiə naziri olaraq, heç vaxt məsuliyyəti çiynimdən atmamışam. Heç kəs deyə bilməz ki, mənim 4 gülləm var idi, birini də heç kəsə verməmişəm. Həmin vaxt bir dənə hərbi təlim görmüş "rota" var idimi? İddia edirlər ki, məni Rusiyanın xüsusi xidmət orqanları ələ keçirmişdi. Belə bir fakt mənə məlum deyil. Mən özümü müdafiə etmirəm. Mən uşaqdan böyüyədək hamıya cavab verməyə hazıram. Vətənə xəyanət edən "köpəkoğlunun" alnının ortasından güllə çaxarlar, bağışlamazlar. Amma bu tarixdir və bunu nə Rəhim, nə də Məmməd yazır. Bunu saxtalaşdırmaq mümkün deyil. Həmin torpaqları azad etmək hər birimiz üçün şərəf işidir. Mən geniş açıqlama verməyə hazıram. Dünyanın işini bilmək olmaz, sabah ölə bilərəm, amma bu sirlər batmasın. Əlimdəki sənədlərdə xəyanətkarlar da, xəyanət də var".