Azərbaycanlı aktrisa: "Danışsam, xətirlərinə deyə biləcəyimdən qorxuram" FOTO


Kriminal 08 May 2018 21:01:00 578 0

Azərbaycanlı aktrisa: "Danışsam, xətirlərinə deyə biləcəyimdən qorxuram"  FOTO

Gənc Tamaşaçılar Teatrının aktrisası Asya Atakişiyevanın Son.az-a müsahibəsi.

- Asya xanım, bildiyim qədərilə 14 ildir ki, teatrda çalışırsınız. Hər il təxminən neçə tamaşada rol alırsınız?

- Əvvəllər daha çox olurdu, bu tamaşadan çıxıb o birinə hazırlaşırdım. İndi nisbətən uşaq rolları azalıb, çünki böyümüşəm. Amma yenə də yeni hazırlanan tamaşalarda oynayıram.

- Tamaşaçı kimi uşaqlar daha diqqətlidir, yoxsa böyüklər?

- Uşaqlara özünü sevdirmək çox çətindir. Onlar gərək səni sevsinlər. Əgər sevməsələr sənə baxmayacaqlar. Əgər "Buratino" rolunu oynayıramsa, çalışıram ki, uşaqlara özümü Asya kimi yox, "Buratino" kimi sevdirim. Həmçinin də böyüklərə. Hər ikisi çətindir.

- Teatrda asan olan nədir?

- Teatrda asan olan rolu dəftərə köçürməkdir (gülür). İşin məsuliyyəti də elə bundan sonra başlayır. Biz vaxtaşırı səsimizi yerinə qoyuruq, məşqlər edirik, bədən hərəkətləri vasitəsilə bədənizimi isidirik. Sonra başlayırıq qrimlənməyə, tamaşanın abu-havasına düşməyə.

- 14 il az deyil. Məncə digər gənc həmkarlarınızdan daha çox danışmağa haqqınız var. 

- 50-yə yaxın rolum var, bəlkə də heç həmkarlarım bu qədər rol oynamayıblar. Mən nəsə əldə etmək üçün çalışmıram ki, sadəcə olaraq bu mənim sənətimdir və sənətimi sevirəm. Əslində hər şey əldə etməmişik, əldə etmədiyim nələrsə var.

- O da yəqin ki, ailə həyatıdır...

- Bəli, ailə həyatı. Ailə həyatı qurmaq lazımdır. Onun da yəqin ki, vaxtı var.

- Niyə bəs yubanırsınız?

- Mən ümumiyyətlə bu haqda danışmağı sevmirəm. Məni sənətimə görə sevirlər, elə də sevsinlər. Şəxsi həyatımı sərgiləmək istəmirəm. Qoy sənətimlə, işimlə gündəmdə qalım.

- Ümumiyyətlə, fikir vermişəm müsahibələrinizdə şəxsi həyatla bağlı suallardan qaçırsınız. Bəlkə stereotipləri qıraq?

- Qoymayacağam sizi stereotipləri qırmaqa. Şəxsi həyatımdan danışamayacağam (gülür).

- Qazandığınız pulu daha çox hara xərcləyirsiniz?

- Qazancımın 90 faizi səyahətlərdədir. Çox xoşlayıram dünya ölkələrinə səyahət etməyi. İşimiz o qədər ağırdır ki, yay ayı səyahəti üçün həmişə plan qururam. Keçən yay Barselonaya getmişdim, bu yay isə sadəcə gedib dincəlmək istəyirəm. Dəniz kənarında uzanıb kitab oxuyub, qaralmaq kimi.

- Onsuz da qarasınız da. Bundan da qara?

- (Gülür). Teatrda bir dəfə qar qız rolunu oynayırdım. Heç vaxt Qarqız olmağı sevməmişəm. Bir dəfə tamaşaların birində bir uşaq mənə müraciət edərək dedi ki, Qarqız? Mən də "hə" cavabını verdim. Sevindim ki, uşaq mənimlə ünsiyyət qurur. Qəfildən mənə dedi ki, sən Qar qız deyilsən, qara qızsan! Dedim ki, əgər uşaq da bunu mənə deyirsə, bundan sonra Qar qız olmağa ixtiyarım yoxdur. Qar qız adətən sarışın, ağ qızlardan olur.

- Müsahibə zamanı kompleksli olduğunuzun bir daha şahidi oldum. Bu nədən irəli gəlir?

- Bu əslində kompleks deyil. Mən istər səhnədə, istərsə də kamera önündə heç vaxt kompleksli olmamışam. Bu utancaqlıq mənim təbiətimdən irəli gəlir. Fikirləşirəm ki, bir söz deyərəm yanlış anlaşılar. Danışığımı bilmirəm demək deyil, sadəcə bu cür böyümüşəm.

- Xasiyyətinizi dəyişmək istərdiniz?

- Əslində yox, pis deyil ki? Utancağam da, bunun nəyi pisdir ki?


Xəbərə aid fotolar