Moskva vilayətində "Neft qülləsi - Bakı neftinin xatirəsi" abidəsi ucaldılıb


Siyasət 08 May 2018 18:01:46 302 0

Moskva vilayətində "Neft qülləsi - Bakı neftinin xatirəsi" abidəsi ucaldılıb

Qüllə II Dünya Müharibəsi dövründə Bakı neft qüllələrinin tam oxşarıdır

Moskva vilayətində yaşayan azərbaycanlılar faşizm üzərindəki qələbənin 73-cü ildönümünü qeyd ediblər.

"Report"un Rusiya bürosunun məlumatına görə, Qələbə Günü münasibətilə İstra rayonunun Hərbi-Tarixi Muzeyində "Neft qülləsi - Bakı neftinin xatirəsi" abidəsi ucaldılıb.

Qüllə II Dünya Müharibəsi dövründə Bakı neft qüllələrinin tam oxşarıdır.

Açılış mərasimində çıxış edən Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimov müharibə illərində Bakı neftçilərinin əvəzsiz töhfəsibarədə danışıb.