"Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü tanımışıq və tanımağa da davam edəcəyik"


Siyasət 08 May 2018 12:14:00 286 0

"Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü tanımışıq və tanımağa da davam edəcəyik"

Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü tanımışıq və tanımağa da davam edəcəyik.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Ittifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvü, Böyük Britaniyadan olan deputat Sayyad Kərimi deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz regionunun təhlükəsizliyini təmin etmək üçün daha çox dinamikaya ehtiyac var: "Biz Cənubi Qafqaz regionda yalnız demokratiyanı və inkişafı gücləndirən dinamikanı dəstəkləyəcəyik".