2 minlik akkumulyator oğrusunun etirafları VİDEO FOTO


Kriminal 08 May 2018 12:00:00 275 0

2 minlik akkumulyator oğrusunun etirafları  VİDEO  FOTO

İmişli rayonundan bir neçə sakin rayon polis şöbəsinə onlara məxsus əşyaların oğurlandığı barədə məlumat verib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, buna əsasən polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirlərinə başlanılıb. Çox keçmədən hadisəni törətməkdə şübhəli bilinən İmişli sakini Musayev Zeyqəm Yadigar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. İstintaqın gedişi zamanı məlum olub ki, ilk olaraq Zeyqəm 29 yanvar tarixində törətdiyi cinayət zamanı Samir Cəfərova məxsus "Kamaz"dan dəyəri 700 manata yaxın olan iki ədə akkumulyator oğurlayıb. Daha sonra 7 fevral tarixində Eyruz Kərimxanlıya məxsus "Kamaz" markalı maşından 520 manat dəyərində olan iki ədəd akkumulyatorunu talamaq yolu ilə oğurlayıb. Bununla kifayətlənməyən cinayətkar 27 fevral tarixində Yadigar Quliyevə məxsus dəmir sexindən dəyəri 450 manat olan 145 metr uzunluğunda mis naqili gizli yolla talayıb. Hadisəni törədən şəxs əməllərini etiraf edib və peşman olduğunu bildirib. Hazırda faktla bağlı cinayət işi açılıb araşdırma davam etdirilir.


Xəbərə aid fotolar