"Ermənistan bir neçə dəfə Rusiyaya, Qazaxıstana Dağlıq Qarabağdan bəzi məhsullar çıxarmağa cəhd edib"


Siyasət 08 May 2018 11:46:13 289 0

"Ermənistan bir neçə dəfə Rusiyaya, Qazaxıstana Dağlıq Qarabağdan bəzi məhsullar çıxarmağa cəhd edib"

Ermənistan bir neçə dəfə Rusiyaya, Qazaxıstana Dağlıq Qarabağdan bəzi məhsullar çıxarmağa cəhd edib, bunun üçün bəzi addımlar atıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov qeyd edib ki, Azərbaycan belə halların qarşısını ala bilib: "Bizə dərhal bu barədə məlumat verilib və dərhal da bəzi müsbət nəticələr ələ edə bilmişik. Bəzi hallarda bu mallar, ümumiyyətlə, bazardan çıxarılmışdı".

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, davam edən münaqişədir: "Onun çox pis nəticələri var. Bu münaqişə tək region üçün deyil, bütün Avropa üçün təhlükəlidir".