"Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlarda irəliləyiş müşahidə olunur"


Siyasət 07 May 2018 17:09:00 301 0

"Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlarda irəliləyiş müşahidə olunur"

"Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesində irəliləyiş müşahidə olunur".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin 15-ci iclasında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

M.Məmməd-Quliyev bildirib ki, ötən il başlamış danışıqlar 2018-ci ildə də uğurla davam edir. Nazir müavininin sözlərinə görə, saziş 3 əsas istiqaməti - siyasi təhlükəsizlik, ticarət və investisiya məsələləri və müxtəlif sektoral məsələləri əhatə edir:

"Azərbaycan üçün öhdəliklərə əməl olunması çox vacibdir. Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi faktı tərəflər arasında əməkdaşlığın inkişafına təkan verir".