Azərbaycanda hiyləgər telefon oğrusu axtarılır VİDEO


Kriminal 04 May 2018 21:57:00 286 0

Azərbaycanda hiyləgər telefon oğrusu axtarılır  VİDEO

Həyat yoldaşına göstərmək üçün aldığı telefonu oğurlayıb. Son.az bildirir ki, hadisə Bərdədə Elşən Həsənova məxsus mobil telefonların satıldığı mağazalardan birində baş verib.

Onun sözlərinə görə, bir necə gün əvvəl tanımadığı şəxs mağazya gələrək onunla xoş münasibət qurub. Pərviz adlı şəxs rayonda qonaq olduğundan ondan bəzi məsləhətlər alıb. Sonuncu dəfə isə vitirində olan 800 manat dəyərində mobil telefonu götürərək avtomobildə olan yoldaşına göstərmək istədiyini bildirib. Satıcını etibarını qazanan 40 yaşlı Göycay rayon sakini Pərviz Hüseynov apardığı mobil telefonu geri qaytarmayıb.

Mağazanın təhlükəsizlik kameralarından çəkilən görüntülərdən məlum olur ki, mobil telefonlara baxan şəxs satıcını inandırmağa calışır ki, telefonu 5 dəqiqəyə qaytaracaq. Ancaq apardığı telefondan 2 gündür ki, xəbər yoxdur.