Türkiyədə keçiriləcək seçkilərlə əlaqədar Azərbaycanda səsvermə məntəqələri yaradılacaq


Siyasət 04 May 2018 15:30:00 283 0

Türkiyədə keçiriləcək seçkilərlə əlaqədar Azərbaycanda səsvermə məntəqələri yaradılacaq

Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı Azərbaycanda səsvermə məntəqələri açılacaq.

Son.az APA-ya istinadən xəbər verir ki, iyunun 17-də Türkiyənin Azərbaycandakı Səfirliyində, Gəncədəki Baş konsulluqda və Naxçıvandakı baş konsulluqda səsvermə məntəqəsi qurulacaq. Məntəqələr səhər saat 9:00-dan axşam saat 21:00-a kimi fəaliyyət göstərəcək.

Prezident seçkiləri ilə bağlı ikinci tur keçirilərsə, səsvermə Azərbaycanda iyulun 1-də təşkil olunacaq.