Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının birinci iclası keçiriləcək


Siyasət 02 May 2018 18:04:17 278 0

Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının birinci iclası keçiriləcək

Səfir: "Toplantı İsraildə keçiriləcək"

"Yaxın günlərdə Azərbaycan və İsrail arasında Hökumətlərarası Komissiyanın birinci iclası keçiriləcək".

"Report" xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav ölkəsinin Müstəqillik gününə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, toplantı İsraildə keçiriləcək: "İclasın keçirilməsi barədə qərar Binyamin Netanyahunun Azərbaycana səfəri zamani iki ölkənin dövlətbaşçısı tərəfindən verilib. Toplantının yekununda protokol imzalanacaq və gələcək əməkdaşlıq istiqamətləri müəyyənləşəcək. Azərbaycan tərəfdən komissiyanın həmsədri vergilər naziri Mikayıl Cabbarov, İsrail tərəfdən isə ekologiya naziri Zeev Erkindir".