Azərbaycanlı aktyor "Oskar"a namizəd olan filmdə çəkildi


Kriminal 02 May 2018 16:40:00 252 0

Azərbaycanlı aktyor "Oskar"a namizəd olan filmdə çəkildi

Türkiyə daha bir tarixi filmlə rekorda imza atmağa hazırlaşır. Çəkilişləri təxminən 2 ildir davam edən və "Angel Yapım" şirkətinin istehsalı olan ekran işi "Dəlilər" adlanır.

Son.az axşam.az-a istinadən bildirir ki, filmin rejissoru Osman Qayadır. "Dəlilər"də Türkiyənin məşhur aktyor və aktirasaları - Erkan Petekkaya, Cem Uçan, Yetkin Dikiciler, Kamil Güler, İsmail Filiz, Nur Fettahoğlu, Demet Tuncer və başqaları oynayır.

Maraqlı məqam ondan ibarətdir ki, "Game of Thrones" ve "Vikings" kimi keyfiyyətli olacağına zəmanət verilən filmdə azərbaycanlı aktyor da rol alıb. Hələlik adı gizli saxlanılan aktyorumuz filmdə dəlilərdən birini canlandıracaq. Onun ifa etdiyi obrazın adı "Mübariz"dir. "Mübariz" Azərbaycandan gələrək türk dəlilərinə qoşulur və düşmənlərə qalib gəlir.

Film Sultan Mehmet Fateh tərəfindən III Vlad Tepeşin sarayına göndərilən cəsur Osmanlı süvarilərinin vəzifə boyunca yaşadıqlarından bəhs edir.

Son vaxtların ən yüksək büdcəli filmlərindən olan və çəkilişləri davam edən "Dəlilər"in nümayiş tarixi hələ açıqlanmayıb.

Ekran işinin rejissor və baş rol ifaçılarından olan Cem Uçan jurnalistlərə açıqlamasında layihə üzərində 8 ildir işlədiyini bildirib: 

"Çox çətin bir iş görürük. 7 həftədir Ağsaraydayıq, son 1 həftəmiz alıb. Görüntü baxımından bir şou və müdhiş bir hekayə izlətdirməyə iddialıyıq. "Game of Thrones", "Vikings" kimi filmləri onlardan daha yaxşı çəkə bilərik. Çəkilişlərdə çox təhlükəli anlar da yaşadıq, amma əziyyətimizə dəyəcək. Tamaşaçı izləyəndə bunu görəcək". Cem Uçan əlavə edib ki, filmdəki kostyumların parçaları "Game of Thrones" filmindəki kostyumların parçaları ilə eyni yerdə istehsal olunub: