Qohumunun darvazasına güllə atan kişi saxlanıldı


Kriminal 02 May 2018 05:30:00 291 0

Qohumunun darvazasına güllə atan kişi saxlanıldı

Aprelin 30-da Bərdə rayonunun Kələntərli kəndində yaşayan Samir Lətifovun evinə gəlmiş əmisi Zamanın onun həyətinin darvazasına tüfəngdən atəş açması barədə RPŞ-yə məlumat daxil olub.

DİN-dən Son.az-a verilən məlumata görə, baş vermiş hadisənin araşdırması ilə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Xuliqanlığı törətməkdə şübhəli bilinən Zaman Lətifov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngi götürülüb.