43 yaşlı kişinin qətlində ittiham olunan atabalanın məhkəməsi başladı


Kriminal 01 May 2018 19:52:17 268 0

43 yaşlı kişinin qətlində ittiham olunan atabalanın məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamının qətlində təqsirləndirilən 27 yaşlı Tural Əlizadə və onun atası 58 yaşlı Zakir Əlizadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Son.az-ın virtualaz.org-a istinadən xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Əvvəllər üç dəfə məhkumluq həyatı yaşayan Z.Əlizadə sonuncu dəfə adam öldürdüyünə görə 9 il cəza alıb.

Xuliqanlıqda və qətldə ittiham olunan Z.Əlizadə həbsinin səbəbini bilmədiyini deyib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məhkəmə önünə daha bir nəfər - 42 yaşlı Babək Quliyev çıxarılıb. Xuliqanlıqda ittiham olunan B.Quliyev barəsində həbs-qətimkan tədbiri seçilməyib.