28 yaşlı gənc avtovağzalda döyüldü


Kriminal 01 May 2018 19:29:00 266 0

28 yaşlı gənc avtovağzalda döyüldü

Binəqədi rayonunda yerləşən Beynəlxalq Avtovağzalda döyülmə faktı baş verib.

Son.az-ın ölkə.az-a istinadən xəbərinə görə, 1990-cı il təvəllüdlü Təbriz Yusifov 3 nəfərin zərbələrinə məruz qalıb. Hadisənin necə baş verməsinə gəlincə, T.Yusifov tanımadığı şəxslər tərəfindən təhqir olunub sonra isə döyülüb. İnsidentin baş verməsinə səbəb isə, Təbrizin tanımadığı cavanlardan ünvan soruşması olub. Bu isə tüfeyli həyat sürən gənclərin xoşuna gəlməyib və nəticədə məlum hadisə baş verib.