Əməkdar artist əsəbləşdi: "Həyat yoldaşından boşanan gəlib aktrisa olur" FOTO


Kriminal 30 Apr 2018 21:17:00 365 0

Əməkdar artist əsəbləşdi: "Həyat yoldaşından boşanan gəlib aktrisa olur"  FOTO

Əməkdar artist Nahidə Orucovanın Son.az-a müsahibəsi.

- Nahidə xanım, son illər xarici görünüşünüzdə baş verən dəyişiklik insanlar tərəfindən birmənalı qarşılanmır. İnstaqram səhifələrində yazılan tənqidlər sizə necə təsir edir?

- Bu mənim heç vecimə də deyil. Məni instaqramda tənqid edənlərin rəylərini də ürək işarəsi qoyub, bəyənirəm. Yəni, çox sağ olun. Allah ürəyinizə görə versin.

- Öz ürəyinizi kimə vermək istərdiniz?

- Əlbəttə ki, məni sevənlərə. Hər şeyi onlara qurban edərəm. Məni sevənlər az deyil, təbii ki, sevməyənlər də var. Amma sevənlər çoxluq təşkil edir. Bu məni daxilən yaşadır.

- Sizi niyə sevməməlidirlər ki?

- Paxıllıqdır bəlkə də.

- Sizə adi insan niyə paxıllıq etsin ki? Yəqin ki, söhbət həmkarlarınızdan gedir...

- Xeyr, tamaşaçılarda da olur. Baxır görürlər ki, arıqlamışam, paxıllıq edirlər. Bəziləri də deyirlər ki, kök yaxşı idin. Mən indi özümü çox yüngül hiss edirəm.

- Neçə yaşında hiss edirsiniz özünüzü?

- 18-19 yaşındakı kimi (gülür).

- Yəqin ki, hal-hazırda geyindiyiniz geyimlər 30-40 il əvvəl qoruyub saxladığınız geyimlərdir...

- Bəli, məndə bir sandıq var, ora yığmışdım hamısını (gülür). Məktəbdəki, universitet illərindəki geyimlərimi sandıqdan çıxarıb geyinirəm (gülür).

- Nə vaxtsa fikirləşirdiniz bu qədər arıqlayacaqsız?

- Xeyr, bu qədərini təsəvvür etmirdim. Mən ümumiyyətlə uşaqlıq illərində də arıq olmamışam. Toppuş uşaq idim. İki bacı idik, bacım hündürboy arıq idi, mən isə balaca kök qız idim. İllər keçəndən sonra həndbol idman növü ilə məşğul oldum və istədiyim nəticəni əldə etdim.

- İnstaqramda yazılan rəylərdən biri sözün düzü mənim də diqqətimi çəkdi. Bir izləyici yazmışdı ki, Nahidə xanım kimin üçün bu cür arıqlayıb? Olmaya həyatında sevdiyi şəxs var?


Xəbərə aid fotolar