Azərbaycanda ər arvadını döyüb öldürdü


Kriminal 30 Apr 2018 19:58:57 200 0

Azərbaycanda ər arvadını döyüb öldürdü

Samuxda qətl hadisəsi törədilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kolayır kəndində baş verib.

Orada yaşayan 1981-ci il təvəllüdlü Ağamir Səmədov ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb. Bədən xəsarətləri alan qadın orada ölüb.