Zakir Həsənov hərbi məhsullar istehsal edən şirkətdə olub FOTO


Siyasət 28 Apr 2018 15:18:00 286 0

Zakir Həsənov hərbi məhsullar istehsal edən şirkətdə olub  FOTO

Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 28-də bu ölkənin müdafiə sənayesi sahəsində yüksək texnologiyalı məhsullar istehsal edən "CETS İnternational" şirkətini ziyarət edib.

Son.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, müəssisənin rəhbərliyi ilə görüşdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonra Müdafiə naziri şirkətin istehsal etdiyi hərbi təyinatlı döyüş vasitələrinə baxıb. Bildirilib ki, şirkət əsasən elektron komponentlərin və elektron avadanlığın istehsalı ilə məşhurdur.

Dünyanın 100-dən çox ölkəsi ilə əməkdaşlıq edən "CETS İnternational" şirkəti hazır məhsullar çeşidinin yüksək səviyyəsi ilə seçilir.


Xəbərə aid fotolar