Azərbaycan XİNdən Cənubi və Şimali Koreya arasında danışıqlara


Siyasət 27 Apr 2018 15:57:00 220 0

Azərbaycan XİNdən Cənubi və Şimali Koreya arasında danışıqlara

Azərbaycan Cənubi Koreya və Şimali Koreya arasında danışıqları alqışlayır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.

H.Hacıyev bildirib: "Biz Koreya Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında yüksək səviyyəli görüşü alqışlayırıq və ümid edirik ki, danışıqlar Koreya yarımadasında sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə xidmət edəcək".