Aktyorlarımız 3 Beynəlxalq layihədə iştirak edəcəklər


Kriminal 26 Apr 2018 20:18:00 280 0

Aktyorlarımız 3 Beynəlxalq layihədə iştirak edəcəklər

Bu il may ayının ilk ongünlüyündə ADGTT 3 Beynəlxalq layihədə iştirak edəcəkdir. Kollektiv mayın 1-dən 6-a dək Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərində fəaliyyət göstərən Akademik Milli Dram Teatrı ilə bağlanmış "Qarşılıqlı qastrol səfərlərinə dair" müqaviləyə əsasən sözügedən teatrın səhnəsində görkəmli Azərbaycan ədibi A.Şaiqin "Tıq-tıq xanım" tamaşasını nümayiş etdirmək üşün yola düşəcəkdir. Səfərdə teatrın direktoru, Əməkdar İncəsənət xadimi Mübariz Həmidovun rəhbərliyi ilə 14 nəfərlik yaradıcı heyət iştirak edəcəkdir. Qastrol çərçivəsində Şimali Osetiya-Alaniya Respublikasının Mədəniyyət Naziri, teatr rəhbərləri və Azərbaycan diasporunun fəalları ilə M.Həmidovun bir sıra görüşləri də planlaşdırılmışdır.

ADGTT-nın kollektivi may ayının 2-dən 5-ə dək Türkiyə Cümhuriyyəti Anatalya Böyükşəhər Bələdiyyəsi Şəhər teatrlarının dəvəti ilə sözügedən şəhərdə R.Ağayevin "Sonluğun sonu" (ifaçı Güşvər Şərifova) mono tamaşası ilə ölkəmizi qardaş ölkənin Beynəlxalq Teatr Festivalında təmsil edəcəkdir.


Xəbərə aid fotolar