Səfirlik: Azərbaycan Prezidentinin Böyük Britaniyaya səfəri sıx münasibətlərin təcəssümüdür


Siyasət 26 Apr 2018 15:50:34 273 0

Səfirlik: Azərbaycan Prezidentinin Böyük Britaniyaya səfəri sıx münasibətlərin təcəssümüdür

Stiven Smit: "Azərbaycan-Britaniya əlaqələri güclüdür və bir çox sahələrdə inkişaf edir"

"Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri sıx münasibətlərin təcəssümüdür".

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin Energetika, ticarət və investisiya şöbəsinin rəhbəri Stiven Smit jurnalistlərə açıqlamasında deyib.

Diplomatın sözlərinə görə, Böyük Britaniya xüsusilə "Brexit" fonunda bu əlaqələrə böyük əhəmiyyət verir.

"Azərbaycan-Britaniya əlaqələri güclüdür və bir çox sahələrdə, əsasən, neft-qaz sektorunda inkişaf edir. Bu səfər bir növ ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olmasının əlamətidir", - S.Smit bildirib.