ABŞ Ermənistanda hakimiyyət çevrilişi etmiş qüvvələri dəstəklədi


Siyasət 25 Apr 2018 14:02:12 293 0

ABŞ Ermənistanda hakimiyyət çevrilişi etmiş qüvvələri dəstəklədi

ABŞ Dövlət Departamentindən Ermənistandakı hadisələrlə bağlı maraqlı açıqlama yayınlanıb. Departamentin rəsmisi Hezer Hauert Ermənistanda tərəfləri konstuktiv dialoqa çağırıb.

Son.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, amerikalı rəsminin sonrakı cümləsi diqqəti cəlb edir: ""Ermənistanda sülh yolu ilə hakimiyyətin ötürülməsi Ermənistan Konstitusiyasına əsaslanmalıdır və biz Ermənistanın yeni hökuməti ilə dialoqa açığıq". Bu cümlənin qayəsi sonuncu hissədədir. Vaşinqton Ermənistanda hələ yeni hökumət qurulmadan köhnə-yeni hökuməti aşırmağa çalışan yeni qüvvələrin legitimliyini dəstəkləyib. Halbuki, Nikol Paşinyanın hələ heç bir vəzifəsi yoxdur və o, Sarqsyanın ardınca onun yerində oturan Karen Karapetyanı da istefaya məcbur etmək istəyir. Vaşinqton bəyanatıyla Paşinyana ilk dəstəyini vermiş oldu".

İlkin İzzət Son.az