Məşhur azərbaycanlı avtoritet Moskvaya gəldi


Kriminal 24 Apr 2018 12:03:00 214 0

Məşhur azərbaycanlı avtoritet Moskvaya gəldi

36 yaşlı "qanuni oğru", kriminal dairələrdə "Hacı Beyləqanski" ləqəbi ilə tanınan Hacıbaba Talıbxanov Moskvaya gedib.

Son.az xəbər verir ki, o, məşhur "qanuni oğru" "Lotu Quli" ləqəbli Nadir Salifova qarşı bütün gücləri səfərbər etməyə çalışır.

Agentlik öz mənbələrinə istinadən bildirir ki, "Hacı Beyləqanski" Moskvanın iri ranqlı biznesmenləri ilə görüşür, həmyerlilərini "Lotu Quli" ilə qarşıdurmada öz tərəfinə çəkir.

"Hacı Beyləqanski" "qanuni oğru" titulunu mərhum kriminal avtoritet, "Lənkəranski" ləqəbli Rövşən Canıyev vasitəsi ilə alıb. Xatırladaq ki, Rövşən Lənkəranski 2016-cı ilin avqustunda İstanbulda güllələnərək qətlə yetirilib.