Azərbaycan MDB ölkələrinin Silahlı Qüvvələrinin qərargah rəislərinin görüşündə iştirak edəcək
Siyasət 20 Apr 2018 10:53:43 275 0
MDB ölkəsinin 8 SQ qərargah rəisi birlik məkanında hərbi təhlükəsizliyə təhdidləri təhlil edəcəklər
Bu barədə "Report" Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.
"İclas Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimovun sədrliyi ilə keçəcək. MDB-nin səkkiz ölkəsindən nümayəndə heyətinin iştirakı planlaşdırılır", - Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, Kazanda Rusiyadan başqa, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın nümayəndələri olacaqlar.
"Görüş zamanı iştirakçılar mövcud hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq və MDB məkanında hərbi təhlükəsizliyə təhdidləri təhlil edəcəklər", - qurumdan bildirilib.
Bundan əlavə, müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini müzakirə etmək planlaşdırılır.