Prezident İlham Əliyev israilli həmkarını təbrik edib


Siyasət 18 Apr 2018 18:14:00 208 0

Prezident İlham Əliyev israilli həmkarını təbrik edib

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

İsrail Dövlətinin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına sülh və rifah arzulayıram.