Qarabağda daha bir erməni əsgər ölüb


Siyasət 18 Apr 2018 10:53:19 218 0

Qarabağda daha bir erməni əsgər ölüb

Azərbaycanın işğal olunmuş ərazilərində daha bir Ermənistan əsgəri həlak olub.

Son.az xəbər verir ki, Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, aprelin 17-də mina partlayışı nəticəsində 1998-ci il təvəllüdlü hərbi qulluqçu Ruslan Manukyan ölüb.

Fakt araşdırılır.

Qeyd edək ki, aprelin 16-da da Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgər həlak olub. Onun ehtiyatsızlıqdan odlu silahdan atəş açılması nəticəsində öldüyü bildirilir.