Kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb


Kriminal 18 Apr 2018 08:21:00 246 0

Kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb

Neftçalada kütləvi dava nəticəsində bir neçə nəfər xəsarət alıb. Son.az APA-ya istinadən bildirir ki, insident Xolqarabucaq kəndində baş verib. Məlumata görə, kütləvi dava Xolqarabucaq və Salyanın Şorsulu kənd sakinləri arasında olub. Dava zamanı 3 nəfər bıçaq xəsarəti alıb. Yaralılar Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin təfərrüatları və səbəbləri müəyyənləşdirilir.