Azərbaycan və BƏƏ prezidentləri ƏbuDabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər
Siyasət 03 Fev 2026 15:49:00 73 0
Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən "Sülh Qalxanı - 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər.
Son.az xəbər verir ki, yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçirilən birgə təlimdə qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetirilib.
Qeyd edək ki, təlimin əsas məqsədi ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.
Tarkanın bu addımı dünyaya yayıldı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
"Fərqli bir axşam" layihəsinin yaranma ideyası necə formalaşdı
Paris prokurorluğu 2025-ci ilin yanvarında platformanın alqoritmlərinin fəa
Məişətdə istifadə etdiyimiz bir çox elektron cihazı söndürdüyümüzü
"Ən ağır cəzanı istəyirəm, günahsız balamın qanı yerdə qalması
Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Ermənistan Kollekti
Yol kənarında şişirdilmiş toyuqları "hinduşka" və "qaz&qu
2025-ci ildə "916" Çağrı Mərkəzinə daxil olan müraciətlər ar
Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda ağır cinayət hadisəsi baş ver
Bakıda "Ağ şəhər" ərazisində ağac kəsilməsi faktı üzrə ci
Müğənni Şəbnəm Tovuzlu "Rəngarəng" verilişində yaşanan qalm
Badımcanın acı dadı onun tərkibində olan təbii birləşmələrdən qaynaq
Sumqayıt Şəhər İcra Hakimiyyətinin şəhər ərazisində qanunsuz küçə
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərç
