Yol kənarında "hinduşka" adı ilə şişirdilmiş toyuq satılır FOTO
Digərləri 03 Fev 2026 14:55:00 83 0
Yol kənarında şişirdilmiş toyuqları "hinduşka" və "qaz" adı ilə təqdim edirlər.
Bu xəbəri də oxu: Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır
Son.az xəbər verir ki, tanınmış naşir Şahbaz Xuduoğlu başına gələn hadisə ilə bağlı özü məlumat verib.
Onun sözlərinə görə, yol kənarında Biləsuvar körpüsünü keçdikdən sonra Salyan istiqamətində yolun kənarında "hinduşka" və "qaz" adı ilə quşlar satılır.
Bildirib ki, alış zamanı quşların görünüşündə müəyyən şübhələri yaransa da, "aldatmazlar" düşüncəsi ilə məhsulları götürüb:
"Evdə məlum oldu ki, qaz və hinduşka adı ilə təqdim olunanlar sadəcə şişirdilmiş toyuqlardır. Yəni mən aldandım. Heç olmasa siz aldanmayın".
Məsələ ilə bağlı paylaşım edildikdən sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) araşdırmaya başlayıb. Agentlik əməkdaşları hadisə yerində baxış keçirib və təqdim olunan faktın doğru olduğunu təsdiqləyib.
Şahbaz Xuduoğlu, bir daha vətəndaşlara, xüsusilə də sürücülərə xəbərdarlıq edib ki, yol kənarlarında satılan quşlara qarşı diqqətli olsunlar:
"Tələskənlikdən və insanlara dəstək niyyətindən istifadə edərək adamı aldadırlar. Maşını saxlayıb oradan quş almağınız məsləhət deyil. Məni qınadılar ki, niyə quşu toyuqdan ayıra bilmədim. Doğrusu, heç zaman inana bilməzdim ki, insanlarımız zəhərli qida satmaq həddində ola bilərlər. Qida Təhlükəsizlik Agentliyi yeməməyi məsləhət gördü. Mən də heyvanlar üçün zooparka göndərdim".
Mina Mikayılova Son.az
2025-ci ildə "916" Çağrı Mərkəzinə daxil olan müraciətlər ar
Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda ağır cinayət hadisəsi baş ver
Bakıda "Ağ şəhər" ərazisində ağac kəsilməsi faktı üzrə ci
Müğənni Şəbnəm Tovuzlu "Rəngarəng" verilişində yaşanan qalm
Badımcanın acı dadı onun tərkibində olan təbii birləşmələrdən qaynaq
Sumqayıt Şəhər İcra Hakimiyyətinin şəhər ərazisində qanunsuz küçə
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərç
Qobustan geoloji rayonunda yerləşən və aktivliyi ilə tanınan Durandağ pal
Azərbaycan qanunvericiliyində işçilərin əmək müqaviləsinə şirkət tə
Otuza yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric
Müğənni Qumral həyat yoldaşı Natiqin xəyanəti ilə bağlı açıqlamalar
Müğənni Rəqsanə İsmayılova ilə aparıcı Səidə Bəkirqızı arasındak
Yanvar ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxl
Tovuz döyüşlərində şəhid olmuş əfsanəvi general, Milli Qəhrəman Pol
Külli miqdarda narkotik vasitənin satışını təşkil edən Xəqani Həmzəy
