Azərbaycanda güclü vulkan püskürdü


Digərləri 03 Fev 2026 14:00:00 80 1

Azərbaycanda güclü vulkan püskürdü

Qobustan geoloji rayonunda yerləşən və aktivliyi ilə tanınan Durandağ palçıq vulkanı növbəti dəfə oyanaraq güclü püskürmə nümayiş etdirib.

Təxminən 15 dəqiqə davam edən aktiv faza zamanı yüzlərlə metr hündürlüyə qalxan alov sütunu müşahidə olunub, yer səthinə böyük həcmdə palçıq breksiyası xaric edilib.

Son.az xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.

Hadisə yerində püskürmənin miqyasını qiymətləndirmək məqsədilə Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun "Palçıq vulkanizmi" şöbəsinin əməkdaşları - baş elmi işçi, Yer elmləri üzrə elmlər doktoru, dosent Orxan Abbasov, elmi işçi Elnur Baloğlanov, həmçinin mühəndislər Elmar Səmədov və Orxan Mehdiyev tədqiqatlar aparıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının da iştirak etdiyi monitorinqlər zamanı müəyyən olunub ki, püskürmənin aktiv fazası qısa olsa da, vulkanın püskürmə mərkəzində intensiv alovlanma prosesi davam etməkdədir. Alovlanma nəticəsində vulkan strukturunun şərq yamacında və ətraf bitki örtüyü ərazisində geniş yanğın sahəsi yaranıb.

Tədqiqatın ilkin nəticələrinə əsasən müəyyən olunub ki, yer səthinə atılan palçığın orta qalınlığı təxminən 0,9 metr, ümumi yayılma sahəsi isə 14 hektar təşkil edir. Püskürmə zamanı xaric olunan palçığın ümumi həcmi 126 000 kubmetr həcmində qiymətləndirilir. Püskürmə hadisəsi vulkan sahəsində güclü dağıdıcı təsirlərlə müşayiət olunub, palçıq axını zonasının şimal və cənub kənarlarında kilometrlərlə ölçülən çoxsaylı radial çatlar formalaşıb.

Bu hadisə Durandağ vulkanının 7-ci paroksizmi (püskürməsi) olaraq qeydə alınıb. Vulkanın əvvəlki püskürmələri 1960, 1968, 1986, 2001, 2004 və 2016-cı illərdə baş verib.

Hazırda Durandağ palçıq vulkanında elmi araşdırmalar davam etdirilməklə, püskürmə nəticəsində yer səthinə çıxarılan süxur nümunələrinin laborator şəraitdə analitik tədqiqatları aparılır.

Son.az​  

İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? like
  • 03 Fev 13:51  
Digərləri İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər?

Azərbaycan qanunvericiliyində işçilərin əmək müqaviləsinə şirkət tə

arrow Ətraflı
AYBdən 30a yaxın şair və yazıçı xaric edildi  SƏBƏB like
  • 03 Fev 13:38  
Digərləri AYBdən 30a yaxın şair və yazıçı xaric edildi SƏBƏB

Otuza yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric

arrow Ətraflı
Qumral ərinin xəyanətindən DANIŞDI like
  • 03 Fev 13:34  
Şou-biznes Qumral ərinin xəyanətindən DANIŞDI

Müğənni Qumral həyat yoldaşı Natiqin xəyanəti ilə bağlı açıqlamalar

arrow Ətraflı
Rəqsanə İsmayılovanın üzr istəməsinə Səidə Bəkirqızıdan CAVAB like
  • 03 Fev 13:33  
Şou-biznes Rəqsanə İsmayılovanın üzr istəməsinə Səidə Bəkirqızıdan CAVAB

Müğənni Rəqsanə İsmayılova ilə aparıcı Səidə Bəkirqızı arasındak

arrow Ətraflı
Ötən ay 17 nəfər qanunsuz sərhəd keçməyə cəhd edərkən saxlanılıb like
  • 03 Fev 13:26  
Digərləri Ötən ay 17 nəfər qanunsuz sərhəd keçməyə cəhd edərkən saxlanılıb

Yanvar ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxl

arrow Ətraflı
Polad Həşimovun ailəsi ilə çəkilmiş son like
  • 03 Fev 13:22  
Digərləri Polad Həşimovun ailəsi ilə çəkilmiş son

Tovuz döyüşlərində şəhid olmuş əfsanəvi general, Milli Qəhrəman Pol

arrow Ətraflı
Paytaxtda əməliyyat: 26 kiloqram narkotik aşkarlandı like
  • 03 Fev 13:15  
Digərləri Paytaxtda əməliyyat: 26 kiloqram narkotik aşkarlandı

Külli miqdarda narkotik vasitənin satışını təşkil edən Xəqani Həmzəy

arrow Ətraflı
Çinarə yenidən ana olacaq like
  • 03 Fev 13:00  
Şou-biznes Çinarə yenidən ana olacaq

Xəbər verdiyimiz kimi, 2024-cü ildə ana olan aparıcı Çinarə Əliyeva do�

arrow Ətraflı
Türkiyədə məşhur bloger saxlanıldı like
  • 03 Fev 12:59  
Şou-biznes Türkiyədə məşhur bloger saxlanıldı

Narkotik istintaqı çərçivəsində daha bir neçə məşhur saxlanılıb.

arrow Ətraflı
Bacısı ilə birlikdə faciəvi şəkildə ölən gəncin like
  • 03 Fev 12:20  
Digərləri Bacısı ilə birlikdə faciəvi şəkildə ölən gəncin

Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən - Hacı Zeynalabd

arrow Ətraflı
Sabiq icra başçısının oğlu Rumıniyada 40 lüks villa ALDI like
  • 03 Fev 11:59  
Digərləri Sabiq icra başçısının oğlu Rumıniyada 40 lüks villa ALDI

Azərbaycanlı biznesmen Ümid Abuzərli Rumıniyada 40 villadan ibarət iri da�

arrow Ətraflı
Tanınmış aktyor döyüşdə həlak oldu like
  • 03 Fev 11:44  
Şou-biznes Tanınmış aktyor döyüşdə həlak oldu

Rusiyalı teatr və kino aktyoru Nikolay Tkaçenko Ukraynada aparılan hərbi �

arrow Ətraflı
Xüsusi icra məmurunun vahid geyim forması təsdiqləndi like
  • 03 Fev 11:25  
Digərləri Xüsusi icra məmurunun vahid geyim forması təsdiqləndi

Xüsusi icra məmurunun vahid geyim formasının və nişanının, habelə xüsu

arrow Ətraflı
Sabunuçuda ağacları yandırıb ev tikirlər like
  • 03 Fev 11:24  
Digərləri Sabunuçuda ağacları yandırıb ev tikirlər

Sabunuçu rayonu Ə.Bağırov küçəsində qanunsuz tikinti aparılır.

arrow Ətraflı
Tanınmış futbolçu qıza görə bıçaqlanıbmış like
  • 03 Fev 11:14  
Digərləri Tanınmış futbolçu qıza görə bıçaqlanıbmış

Xəbər verdiyimiz kimi, "Kəpəz"in futbolçusu Veysəl Rzayev Gənc

arrow Ətraflı