"Mülk üstündə balalarımı baltaladı" Əmisi tərəfindən qətlə yetirilən Həqiqətin anası danışdı
Kriminal 03 Fev 2026 15:05:00 83 0
"Ən ağır cəzanı istəyirəm, günahsız balamın qanı yerdə qalmasın, mənim günahsız balamı doğradı".
Bu xəbəri də oxu: “Evdən nəsə götürürmüş, uşaq içəri girəndə baltadan istifadə edib”
Son.az xəbər verir ki, Cəlilabad rayonunda əmisi tərəfindən amansızcasına qətlə yetirilən 2012-ci il təvəllüdlü Nağıyeva Həqiqətin anası Xəyalə Məmmədova hadisə ilə Baku Tv-yə danışıb.
"Evdən nəsə götürürmüş, uşaq içəri girəndə baltadan istifadə edib" Cəlilabadda əmi qardaşı uşaqlarını belə hücum edib - Qohumları danışdıAna bildirib ki, faciə baş verən zaman evdə olmayıb:
"Uşaqlarla evdə idim, sonra çörək almaq üçün dükana getdim. Qayıdanda gördüm ki, iki qardaş - Nağıyev Orxan və Nağıyev Əliqismət, onların ailə üzvləri yolda dayanıb mənə baxa-baxa nəsə danışırlar. Sonradan bildim ki, körpə balalarımı balta ilə doğrayıblar. Məni evə buraxmadılar ki, qan itirsin, ölsün".
Xəyalə Məmmədovanın sözlərinə görə, hadisədən sonra şübhəli şəxs arvadını da götürərək qaçıb:
"Mülk üstündə olub. Evi yox idi, balalarımı mənim yurduma sahib çıxmaq üçün öldürüblər. Günahsız balamı doğradılar. Ən ağır cəzanı istəyirəm, balamın qanı yerdə qalmasın".
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Əli Nağıyev daha əvvəl müxtəlif cinayətlərə görə 4 dəfə məhkum olunub. Məlumata görə, o, cəza müddətini başa vurduqdan sonra bir müddət əvvəl evə qayıdıbmış.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Ermənistan Kollekti
Yol kənarında şişirdilmiş toyuqları "hinduşka" və "qaz&qu
2025-ci ildə "916" Çağrı Mərkəzinə daxil olan müraciətlər ar
Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda ağır cinayət hadisəsi baş ver
Bakıda "Ağ şəhər" ərazisində ağac kəsilməsi faktı üzrə ci
Müğənni Şəbnəm Tovuzlu "Rəngarəng" verilişində yaşanan qalm
Badımcanın acı dadı onun tərkibində olan təbii birləşmələrdən qaynaq
Sumqayıt Şəhər İcra Hakimiyyətinin şəhər ərazisində qanunsuz küçə
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərç
Qobustan geoloji rayonunda yerləşən və aktivliyi ilə tanınan Durandağ pal
Azərbaycan qanunvericiliyində işçilərin əmək müqaviləsinə şirkət tə
Otuza yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric
Müğənni Qumral həyat yoldaşı Natiqin xəyanəti ilə bağlı açıqlamalar
Müğənni Rəqsanə İsmayılova ilə aparıcı Səidə Bəkirqızı arasındak
Yanvar ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxl
