Prokuror "Topaz" sahibini qətlə yetirən şəxslərə cəza istədi


Kriminal 16 Apr 2018 17:56:00 283 0

Prokuror "Topaz" sahibini qətlə yetirən şəxslərə cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə və quldurluqda təqsirləndirilən Fərid Bağırzadə, Kamran Qurbanov, Murad Eyvazov və Əkbər İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az APA-ya istinadən bildirir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, təqsirləndirilən şəxslərin cinayətinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib.

Prokuror F. Bağırzadə və M. Eyvazovun hər birinin 20 il, Ə. İsgəndərovun 14 il, Kamran Qurbanovun isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses aprelin 23-də davam etdiriləcək.