Azərbaycanda ilk müziklin premyerası anşlaqla keçdi FOTO


Kriminal 16 Apr 2018 14:59:00 53 0

Azərbaycanda ilk müziklin premyerası anşlaqla keçdi  FOTO

Aprelin 15-də Heydər Əliyev sarayında "Ələddin" adlı ilk uşaq müziklinin premyerası anşlaqla keçdi

Azərbaycan Televiziyasının Mədəniyyət kanalı ilə Heydər Əliyev sarayının birgə layihəsi olan bu layihə Mədəniyyət və Turizm Nazirliyin dəstəyi ilə həyata keçdi.

Uğurun səbəblərindən biri - uşaqdan böyüyə qədər hər kəsin yaxşı tanıdığı "Ələddin və sehrli çıraq" nağılına tam fərqli, dəyişik bir yanaşmadır. Milli alətlərlə aranjiman olunmuş bənzərsiz musiqi, incə yumor, şən rəqslər, zəngin dekorasiyalar, ən əsası isə, aktyorların məharətli oyunu səhnədə tam başqa bir aləm yaratdı, tamaşaçıları sehrli nağılın gerçək olduğuna inandırdı.

Uğurun digər səbəbi- müzikldə ən çox sevilən estrada ulduzları və populyar aktyorların iştirakıdır. Ələddin rolunda Zamiq Hüseynov, Yasəmən rolunda Emiliya Yaqubova (birinci seansda)  və Sevda Yahyayeva (ikinci seansda), digər rollarda - Azərbaycan Respublikasının Əməkdar artisti Ələkbər Əliyev, Hüseyn Abdullayev, Nicat Cəfərzadə, Hüseyn Əlili və Tofiq Hacıyev tamaşaçıların ürəklərini fəth edən unudulmaz obrazlar yaratdılar.

Qeyd edək ki, müziklın quruluşçu-rejissoru - Azərbaycan Respublikasının Əməkdar artisti İnarə Babayeva, rəssamı Fərid Nəcəfli, musiqi redaktoru Emin Həsənov, redaktoru Leyla Qədirzadə, xormeysteri Şəhla Ələkbərova, baletmeysterləri Vahid Səlimov və Rasita Əliyevadır.

320 nəfərin Azərbaycana girişinə qadağa qoyuldu - NİYƏ? like
  • 16 Apr 14:58  
Digərləri 320 nəfərin Azərbaycana girişinə qadağa qoyuldu - NİYƏ?

Rüb ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Azərbaycana miqr

arrow Ətraflı
Gəncədə 700 ədəd saxta yuyucu vasitə dövriyyədən çıxarıldı like
  • 16 Apr 14:55  
Digərləri Gəncədə 700 ədəd saxta yuyucu vasitə dövriyyədən çıxarıldı

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində müxtəlif ərazi

arrow Ətraflı
İranın nüvə obyektləri yoxlanıldı like
  • 16 Apr 14:50  
Digərləri İranın nüvə obyektləri yoxlanıldı

Rusiyanın "Rosatom" şirkətinin mütəxəssisləri İranın Fordo n

arrow Ətraflı
Macarıstanda Cümhuriyyətin 100 illiyi münasibəti ilə mədəniyyət gecəsi təşkil olunub like
  • 16 Apr 14:49  
Digərləri Macarıstanda Cümhuriyyətin 100 illiyi münasibəti ilə mədəniyyət gecəsi təşkil olunub

Macarıstanın Szeget şəhərində fəaliyyət göstərən Szeget universitetin

arrow Ətraflı
45 yaşlı qapıçı dünya çempionatına aparılacaq like
  • 16 Apr 14:48  
İdman 45 yaşlı qapıçı dünya çempionatına aparılacaq

Futbol üzrə Misir milli komandasının qapıçısı Əhməd Əl-Şen

arrow Ətraflı
Venesuelada dövriyyəyə yeni alternativ valyuta buraxıldı like
  • 16 Apr 14:41  
Dünya Venesuelada dövriyyəyə yeni alternativ valyuta buraxıldı

Ölkənin milli valyutası dəyərdən düşməkdə davam edir

arrow Ətraflı
AŞPA həmməruzəçiləri iyunda Azərbaycana səfər edəcəklər like
  • 16 Apr 14:36  
Siyasət AŞPA həmməruzəçiləri iyunda Azərbaycana səfər edəcəklər

Ştefan Şennak: "Hazırda tərəflər səfərin dəqiq tarixini razılaşdırı

arrow Ətraflı
Stoltenberq: Türkiyəyə təşəkkür edirik, Suriyanı isə cəzalandırmaq lazımdır like
  • 16 Apr 14:35  
Digərləri Stoltenberq: Türkiyəyə təşəkkür edirik, Suriyanı isə cəzalandırmaq lazımdır

Dinc əhaliyə qarşı kimyəvi hücumlar həyata keçirmiş Suriya cəzasız qa

arrow Ətraflı
Akademik Milli Dram Teatrı Azərbaycanı beynəlxalq festivalda təmsil edəcək like
  • 16 Apr 14:29  
Digərləri Akademik Milli Dram Teatrı Azərbaycanı beynəlxalq festivalda təmsil edəcək

Akademik Milli Dram Teatrı Konya şəhərində keçiriləcək “Min nəfəs, b

arrow Ətraflı