Şəhid qızını öldürən iş adamının oğlunun məhkəməsi təxirə salındı


Kriminal 16 Apr 2018 12:34:00 98 0

Şəhid qızını öldürən iş adamının oğlunun məhkəməsi təxirə salındı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısının məhkəmədə iştirak etmədiyi elan olunub.

Proses aprelin 26-dək təxirə salınıb.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında R.Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Bakı şəhər prokurorluğunun və şəhər Baş Polis İdarəsinin ötən il noyabrın 8-də Səbail rayonunda baş vermiş qəza ilə bağlı yaydığı məlumata əsasən, Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Belə ki, ötən ilin noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi "Jeep Grand Cherokee" markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisə vaxtı qeyd edilən avtomobilin sürücülük hüququ olmayan, yetkinlik yaşına çatmayan - 2000-ci il təvəllüdlü Rəhim Rəhimov tərəfindən idarə edilməsi müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib, R.Rəhimov noyabrın 29-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, qəzanı törədən 17 yaşlı R.Rəhimov iş adamı, "Xırdalan Xəz" ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov isə "Yeganə" şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.

Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.

Proqnoz: Havanın temperaturu yüksələcək like
  • 16 Apr 12:33  
Digərləri Proqnoz: Havanın temperaturu yüksələcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Yerevanda etirazçılar universitetə daxil olaraq tələbələri tətilə çağırırlar like
  • 16 Apr 12:30  
Digərləri Yerevanda etirazçılar universitetə daxil olaraq tələbələri tətilə çağırırlar

Yerevanda etirazçılar universitetə daxil olaraq tələbələri tətilə çağ

arrow Ətraflı
Əli Əhmədov: "ATƏT DTİHB ikili standartlardan xilas ola bilmir" like
  • 16 Apr 12:30  
Siyasət Əli Əhmədov: "ATƏT DTİHB ikili standartlardan xilas ola bilmir"

Aprelin 11-də Azərbaycanda demokratik dəyərlərə və normalara əsaslanan p

arrow Ətraflı
“Mühafizəçi kimi görünmək istəmirəm” like
  • 16 Apr 12:29  
Şou-biznes “Mühafizəçi kimi görünmək istəmirəm”

"ARB Ulduz" un "Virtual Həyat" verlişinin növbəti qon

arrow Ətraflı
Misir-Azərbaycan dostluq qrupu yaradılıb (FOTO) like
  • 16 Apr 12:26  
Digərləri Misir-Azərbaycan dostluq qrupu yaradılıb (FOTO)

Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri Tural Rzayev Misir parla

arrow Ətraflı
Hökumət Evində yerləşən dövlət qurumları bir həftə işləməyəcək like
  • 16 Apr 12:26  
İqtisadiyyat Hökumət Evində yerləşən dövlət qurumları bir həftə işləməyəcək

Bu, Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisi ilə əlaqəd

arrow Ətraflı
"“Həyətimizə kamera qoyacam ki, görüm maşınımı kim çızıb" like
  • 16 Apr 12:25  
Şou-biznes "“Həyətimizə kamera qoyacam ki, görüm maşınımı kim çızıb"

ARB TV-nin "Açıq pəncərə" proqramının növbəti qonaqları ə

arrow Ətraflı
Azyaşlı qızı zorlayan yeniyetmə ona məsləhət verən psixoloqa da təcavüz etdi  FOTO like
  • 16 Apr 12:24  
Dünya Azyaşlı qızı zorlayan yeniyetmə ona məsləhət verən psixoloqa da təcavüz etdi FOTO

6 yaşlı qızı zorlayan yeniyetmə 50 il müddətinə azadlıqdan məhrum edil

arrow Ətraflı
Salyanda yol qəzasında bir nəfər ölüb like
  • 16 Apr 12:21  
Digərləri Salyanda yol qəzasında bir nəfər ölüb

Salyan rayonunun Qaraqaşlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
"Bezdim, iyrəndim"  Mətanət Azərbaycanı tərk edir  VİDEO  FOTO like
  • 16 Apr 12:20  
Şou-biznes "Bezdim, iyrəndim" Mətanət Azərbaycanı tərk edir VİDEO FOTO

ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonağı müğən

arrow Ətraflı
Gəncədə maşın oğruları tutulub like
  • 16 Apr 12:17  
Digərləri Gəncədə maşın oğruları tutulub

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Gəncə şəhər

arrow Ətraflı
“Həyat yoldaşım sinif yoldaşıb olub”  Yazıçı Anar  VİDEO  FOTO like
  • 16 Apr 12:15  
Kriminal “Həyat yoldaşım sinif yoldaşıb olub” Yazıçı Anar VİDEO FOTO

Tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, "

arrow Ətraflı