Yeni tamaşaya ictimai baxış keçirildi FOTO


Kriminal 13 Apr 2018 18:57:00 330 0

Yeni tamaşaya ictimai baxış keçirildi  FOTO

Aprelin 13-də ADGTT-da dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunmuş isveç yazıçısı Fridrix Dürremattın "Dəlixanada qətl" pyesi əsasında eyniadlı tamaşaya ictimai baxış keçirlib. Tamaşanın rus dilindən tərcümə edəni Dilsuz Mustafayevdir. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Tamaşada əsas obrazları Əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Sövqü Hüseynov, aktyorlar Mehriban Hüseynova, İradə Rəşidova, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Anar Seyfullayev, Ramiq Nəsirov, Ramil Məmmədov, Aygün Fətullayeva, Müşfiq Əliyev, Kərəm Hadızadə, Güşvər Şərifova, Mirzə Ağa Mirzəyev, Rövşən Abbasov, Məhərrəm Musayev, Elgün Yəhyayev və başqaları  canlandırır.


Xəbərə aid fotolar