"Dedi “Topaz”a 20 min qoyaq, uduzdu..."


Kriminal 13 Apr 2018 18:37:00 305 0

"Dedi “Topaz”a 20 min qoyaq, uduzdu..."

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində işlədiyi şirkətin pulunu mənimsəməkdə təqsirləndirilən Səidə Məmmədova, ona bu işdə kömək edənlər - Tural Quliyev və Asif Abdullayevin məhkəməsi keçirilib. 

Son.az qafqazinfo.az-a isinadən xəbər verir ki, hakim Zeynal Ağayevin icraatında olan prosesdə S.Məmmədova ifadə verərək hadisəni necə planlaşdırdıqlarını danışıb: "Mənim  20 min manat kəsirim vardı, Turala dedim. O da təklif etdi ki, "Topaz"a 20 min qoyaq və əmin etdi ki, mütləq udacaq. Mən də pulu verdim, amma uduzdu. Sonra bir müddət Turalı tapa bilmədim. Axırda da belə bir plan qurduq ki, mən işdən çıxanda hücum edib çantamı alıb aparsınlar. Mən də işdəkilərə çantada 134 min manat olduğunu dedim".

Proses aprelin 24-də davam etdiriləcək.